Nazirlər Kabineti 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda dəyişiklik edib.
Lent.az-ın verdiyi məlumata görə, dəyişikliyə əsasən doğumun, ölümün, övladlığa götürülmənin və atalığın müəyyən edilməsinin qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu ödənilməməsi barədə müddəa ləğv edilib.