Dünən Bakıda havanın hərarəti normadan 1,5 dərəcə yüksək olub
09 iyul 2013 13:03 (UTC +04:00)

Dünən Bakıda havanın hərarəti normadan 1,5 dərəcə yüksək olub

Dünən Bakıda və Abşeron yarımadasında havanın hərarəti iqlim normasından 1,5 dərəcə yüksək olub.

 

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Lent.az-a açıqlamasında söyləyib.

 

Asif Verdiyev bildirib ki, dünən Bakıda və Abşeron yarımadasında maksimal temperatur 29-34 dərəcə isti olub.

# 390
avatar

Oxşar yazılar