Əhalinin 14 faizi təqaüdçüdür
19 yanvar 2013 20:13 (UTC +04:00)

Əhalinin 14 faizi təqaüdçüdür

0

Bu ilin əvvəlinə ölkədə pensiyaçıların ümumi sayı 1 270,5 min nəfər olub və ölkə əhalisinin 13,8 faizini təşkil edib.


Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, təyin olunmuş aylıq pensiyaların orta məbləği 151,7 manata çatıb və orta əmək haqqının 38,3 faizini təşkil edib: «Cari ilin əvvəlinə 314 min nəfər sosial müavinət, 35 min nəfər Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlərə görə təqaüd və 130 min ailənin 585 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı alıb».

 

Qeyd edək ki, 2012-ci il ərzində birdəfəlik müavinət alanların sayı 122,5 min nəfər təşkil edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1101

Oxşar yazılar