Elşən Nəsibovun “İnkişaf və sülh ideyaları” silsiləsindən kitabı çap olunub
19 dekabr 2014 18:45 (UTC +04:00)

Elşən Nəsibovun “İnkişaf və sülh ideyaları” silsiləsindən kitabı çap olunub

0

 

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Elşən Nəsibovun “İnkişaf və sülh ideyaları” silsiləsindən beşinci kitabı işıq üzü görüb.

 

Lent.az-ın xəbərinə görə, tarix üzrə fəlsəfə doktoru Cavid Cabbaroğlunun elmi redaktorluğu ilə çapdan çıxan kitabda sabitlik, sülh və inkişafa aid olmaqla müxtəlif sahələri əhatə edən, fərqli predmetləri özündə əks etdirən müqayisəli ideyalar əks olunub. Burada aidiyyəti sahələr üzrə ideyaların nəzəri istiqamətləri ümumiləşdirilir, nəticələr şəkilində analizlər aparılır. Mətndə multikulturalizmin əhəmiyyəti ideallığın tərkibi kimi xüsusi olaraq əsaslandırılır. Kitabda həmçinin azərbaycanlıların bəzi mənfi xarakterik xüsusiyyətləri açılır və mənfi cəhətlər tənqidə məruz qalır. Belə nəticələrə gəlinir ki, mental dəyərlərin müstəvisi stereotiplərdən azad olunmalıdır. Dövlət və hakimiyyət rəhbərlərinin fəaliyyətlərinin tənqid olunması üsulları işıqlandırılır. Respublika quruluşunun tənqidi aspektində Azərbaycanın gələcəkdə yeni bir quruluş modelinə keçməsinin zəruri əsasları qeyd olunur. Eləcə də yeni ideyaların tərkibi olaraq bunlar göstərilir: Azərbaycanın regionda beynəlxalq bitərəf statusunun formalaşması; təhlükəsizliyin yeni təminat istiqamətləri; iqtisadiyyatın inkişaf etdirilməsinin yeni ideya məzmunu, iqtisadiyyatda “bank idarəetməsinin” əsasları; neftdən asılılığın azaldılması yolları; dini aylarda Afrika qitəsinə yardım günlərinin təsis olunması. Əlavə olaraq strateji-konseptual sənədlərin təsnifatı şərh olunur.

 

Kitab elmi dairələr, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 344

Oxşar yazılar