Gələn ay hərbi liseylərə ərizə qəbulu başlayır
28 mart 2013 11:00 (UTC +04:00)

Gələn ay hərbi liseylərə ərizə qəbulu başlayır

Aprelin 15-dən hərbi liseylərə ərizə qəbulu başlayacaq. Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib. Ərizə qəbulu iyunun 25-dək davam edəcək.

 

Bundan əlavə, TQDK qabiliyyət tələb edən ixtisaslara da aprel ayından etibarən ərizə qəbulu aparacaq. Qeyd edək ki, ali təhsil müəssisələrinə ərizə qəbuluna aprelin 9-dan start veriləcək. Bu proses mayın 15-dək davam edəcək.

# 759

Oxşar yazılar