Gənclər Fondu 3 yaşını qeyd edir
19 dekabr 2014 17:03 (UTC +04:00)

Gənclər Fondu 3 yaşını qeyd edir

0

 

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu 3 yaşını qeyd edir. Lent.az-ın məlumatına görə, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev qeyd edib ki, fond üç il ərzində gənclərin ideyalarını, təkliflərini gerçəkləşdirə bilməsi üçün bütün şəraiti yaradıb. “Bu müddət ərzində Gənclər Fondunun saytı (www.youthfoundation.az) Azərbaycan və ingilis dillərində hazırlanıb. Layihə təklifləri arasında daha çox yerli layihələrə maraq göstərilib. Ümumilikdə isə gəncləri daha çox fondun ümumi fəaliyyəti, layihələrin istiqamətləri və maliyyələşdirilməsi maraqlandırır. Eyni zamanda, fonda və onun əməkdaşlarına sayt və e-mail vasitəsilə müxtəlif suallar verilir. Əsas suallar isə elektron ərizə formalarının doldurulması qaydaları və layihə istiqamətləri barədə olur". 

 

Fondun icraçı direktoru qeyd edib ki, rəhbərlik etdiyi qurumun unikal xüsusiyyətlərindən biri də gənclərin fərdi olaraq layihəyə müraciətlərin dəstəklənməsidir: "Yüzlərlə gənc ideya və təkliflərini reallaşdırmaq üçün Fondun dəstəyini qazanıb. Hal-hazırda fonddan maliyyə dəstəyi almış layihələrin bir qismi başa çatıb, digər bir hissəsi isə növbəti il davam edəcək. Maliyyə dəstəyi göstərilən layihələrlə yanaşı fond tərəfindən də bir sıra tədbirlər reallaşdırılıb”.

 

F. Hacıyev onu da vurğulayıb ki, Fonda daxil olan müraciətlər onu deməyə əsas verir ki, təşkilat gənclərin etimadını qazanıb, gənclər Fondundan dəstək ala biləcəklərinə inanırlar: “Gəncləri daha çox maraqlandıran sahələr təhsilə yönəlmiş layihələr, vətənpərvərlik, sağlam həyat tərzinin təbliği ilə bağlı layihələr, ekoloji maarifləndirmə layihələri, ictimai işlərdə gənclərin aktivliyinin təmini və könüllülüyün yayılması, təşviqi və təbliği istiqamətində layihələr olub”. 

 

F.Hacıyev onu da qeyd edib ki, ilk qrant müsabiqəsi elan edilərkən regionlardan olan gənclərin fəal olmasını, onların yeni ideyalarını bizimlə bölüşməsi üçün şərait yaradılmasını əsas istiqamətlərdən biri kimi götürülüb. “Gənclər Fondu tərəfindən regionlarda dəstəklənən layihələrin əksəriyyəti gənclər evləri və mərkəzlərində keçirilir. Beləliklə, region gənclərinin bu mərkəzlərin işində aktiv iştirakı təmin edilir”.

 

İcraçı direktor bildirib ki, Gənclər Fondu gələcəkdə öz fəaliyyətini daha da geniş şəkildə aparmağı planlaşdırır: “Fond müxtəlif telekanallarda intellektual televiziya layihələri, daha geniş miqyaslı və əhatəli gənclik və idman layihələri, sosial çarxlar müsabiqələri, gənclər arasında ixtiraçılığın inkişafına dəstək verən layihələr həyata keçirəcək. Fond bölgələrdə fəaliyyətlərin aktivləşdirilməsinə xüsusi diqqət göstərəcək. Həmçinin Fond fəaliyyətini internetdə genişləndirməyi planlaşdırır. Hazırda Fondun saytında 304 gənclər təşkilatı və 3835 fərdi gənc qeydiyyatdan keçib. Müxtəlif sosial şəbəkələrdə Fondun səhifələri on minlərlə gənc tərəfindən izlənir. Gəncləri və gənclər təşkilatlarını müsabiqələrimizdə aktiv iştirak etməyə, gəncləri əhatə edəcək layihə təklifləri irəli sürməyə dəvət edirik. Gənclər Fondu məhz gənclər üçün fəaliyyət göstərir. Gənclərin ideyalarının, təşəbbüslərinin dəstəklənməsi bizim üçün çox vacibdir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 458

Oxşar yazılar