Gənclərlə bağlı yeni layihənin təqdimatı keçirilib
23 oktyabr 2014 18:33 (UTC +04:00)

Gənclərlə bağlı yeni layihənin təqdimatı keçirilib

Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Kürdəmirdə “Sosial Şəbəkələrdə Sağlam Gənclik Uğrunda” adlı layihənin təqdimat mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, layihənin məqsədi gənclərin sosial şəbəkələrdən səmərəli istifadə etmələri üçün maarifləndirmə işlərinin aparılmasıdır.

Tədbirdə AMEA-nın elmi müəssisələrinin, Kürdəmir Rayon İcra Hakimiyyətinin və təhsil şöbəsinin nümayəndələri, o cümlədən məktəblərin müəllim və şagird kollektivi iştirak edib.

Keçirilən təqdimat mərasimində çıxış edən layihənin rəhbəri Şahzadə Mədətova Gənclər Fondu tərəfindən bu cür layihələrin dəstəklənməsinin ölkəmizdə istedadlı və yaradıcı gənclərə olan diqqətin nəticəsi kimi qiymətləndirib.

Bildirib ki, bu gün insanların həyatında getdikcə daha mühüm rol oynamağa başlayan sosial şəbəkələr ictimai rəyin formalaşmasında, informasiya tələbatının ödənilməsində mühüm əhəmiyyətə malikdir.

Tədbirdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Rasim Mahmudov digərləri çıxış edərək Gənclər Fondu tərəfindən dəstəklənən bu layihənin mühüm əhəmiyyət  kəsb etdiyini bildiriblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 718

Oxşar yazılar