Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti iyulun 28-də gözlənilən hava proqnozunu açıqlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Lent.az-a verilən məlumata görə, iyulun 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal-qərb küləyi gündüz və axşam arabir güclənəcək. Temperatur gecə 20-25 dərəcə, gündüz 28-30 dərəcə isti olacaq. Abşeron çimərliklərində temperatur 25-27 dərəcə olacaq.
Azərbaycanın rayonlarına gəlincə, iyulun 28-də hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Temperatur Aran rayonlarında gecə 18-23 dərəcə, gündüz 28-33 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə, gündüz 15-20 dərəcə isti olacaq.