Gülağa Tənhanın 5 cildliyi təqdim olunub
24 dekabr 2014 00:22 (UTC +04:00)

Gülağa Tənhanın 5 cildliyi təqdim olunub

0

Tanınmış şair, xeyriyyəçi Gülağa Tənhanın 5 cildlik kitabının təqdimatı keçirilib. Lent.az-ın məlumatına görə, “Abşeron” otelin Şərq zalında keçirilən təqdimatda  tanınmış yazıçılar, xalq artistləri, müğənnilər, aktyorlar, mətbuat və ictimaiyyət nümayəndələri iştirak edib.
Bədii gecədə Gülağa Tənhanın müxtəlif mövzularda qələmə aldığı şeirləri ilə yanaşı, həm də real həyat həqiqətləri əks etdirən hekayə və povestləri, eləcə də romanları oxucuların qarşısına çıxıb.
Tədbirin rəsmi , həm də bədii hissəsində Gülağa Tənhanın həyat və fəaliyyətini əks etdirən 10 dəqiqəlik videoçarx nümayiş olunub.
Təqdimatda Gülağa Tənhanın təbrik etmək üçün millət vəkili Nizami Cəfərov, professorlar İlham Rəhimli, Nizaməddin Şəmsizadə və s. çıxış edib. Çıxışlardan sonra isə səhnədə xalqa artistləri Gülnaz və Gülyanaq Məmmədovlar, Mübariz Tağıyev, Samir Cəfərov, Mələkxanım Eyyubova, Azər Zeynalov, meyxanaçı Namiq Qaraçuxurlu və s. Gülağa Tənhanın şeirlərinə bəstələnmiş musiqiləri ifa ediblər.
Tədbirin sonunda müəllif imza mərasimi keçirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 336

Oxşar yazılar