Güney Azərbaycanda Tehran uran şaxtası tikir
09 aprel 2013 23:56 (UTC +04:00)

Güney Azərbaycanda Tehran uran şaxtası tikir

0

Aprelin 9-unu  İran «Milli nüvə texnologiyası günü» kimi qeyd edir. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, həmin günlə bağlı İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad çıxış edərək, Qərb dövlətlərinin ünvanına hədələyici sözlər söyləyib.

 

Ölkə TV-si iki yeni uran şaxtasının da tikintisinə başlanıldığı barədə məlumat yayıb.  Həmin şaxtaların hər ikisi Güney Azərbaycan ərazisindədir.

 

Hər iki şaxta Səhənd dağında, Ərdahan rayonunda yerləşir. «İTAR-TASS» bildirib ki, həmin müəssislər ildə 60 ton uran konsentratı istehsal edəcək.

 

Ərdahan rayonunun icra başçısı bildirib ki, uran 350 metr dərinlikdən çıxarılacaq.

 

Xatırladaq ki, Güney Azərbaycandakı ekoloqlar və hüquq müdafiəçiləri neçə ildir Tehran hakimiyyətinin Azərbaycan ərazisində sözü gedən sahə ilə bağlı fəaliyyət göstərdiyini haray çəkir, bu işlərin normalar uyğun aparılmaması ucbatından həmin bölgələrdə xərcəngin geniş yayıldığını bildirirlər. Onlar Güney Azərbaycan ərazisində radioaktiv tullantılar üçün quyuların qazıldığı  haqda da məlumat yaymışdılar.

 

Onu da qeyd edək ki, Tehran hakimiyyətinin laqeyd münasibəti ucbatından quruyan Urmiya gölündə uran  yatağını olduğu da bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 888

Oxşar yazılar