Zal nəzarətçisi olacaq müəllimlərin seminar-məşğələləri başa çatıb. Bu barədə Lent. az-a TQDK-nın mətbuat xidmətindən məlumat verilib.
Respublikanın bütün şəhər və rayonlarında keçirilən bu seminarlar yanvarın 23-də başlayıb və burda 14060-dan çox nəzarətçi-müəllim iştirak edib.
Seminar-məşğələlər 25-30 nəfərlik qruplara keçirilib. Nəzarətçilərin imtahan prosesi ilə əyani surətdə tanış olması məqsədilə film göstərilib, qaydalar izah edilib, rast gəlinə biləcək hallar təhlil olunub.
Seminar-məşğələlərdə iştirakçıların sualları cavablandırılıb, nəzarətçi-müəllimlərin şəxsi anket məlumatları dəqiqləşdirilib.
Özünü doğruldan müəllimlər qəbul imtahanlarına cəlb olunacaqlar.