Hava kəskin soyuyacaq
29 mart 2013 00:10 (UTC +04:00)

Hava kəskin soyuyacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, martın 29-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.

 

Havanın temperaturunun günün birinci yarısında 12-15 dərəcə isti olacağı, günün ikinci yarısından başlayaraq şimal küləyinin güclənməsi nəticəsində axşama doğru temperaturun 4-6 dərəcə aşağı enəcəyi gözlənilir. 
 

Azərbaycanın rayonlarına gəlincə, martın 29-da arabir yağış, dağlıq rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, bəzi yerlərdə 2 dərəcəyədək şaxta olacağı gözlənilir. 
 

Milli Hidrometeorologiya Departamenti tibbi-meteoroloji proqnozu da açıqlayıb. Martın 29-da günün ikinci yarısından 30-u axşamadək güclü xəzri küləyi fonunda havanın temperaturunun xeyli enməsi meteohəssas insanlarda diskomfort hissi yarada bilər. Martın 31-də meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

# 1784
avatar

Oxşar yazılar

Bakıda 20 dərəcə isti var – FAKTİKİ HAVA

Bakıda 20 dərəcə isti var – FAKTİKİ HAVA

5 may 2024 , 09:28
Bu gün ölkədə bəzi İMTAHANLAR KEÇİRİLƏCƏK

Bu gün ölkədə bəzi İMTAHANLAR KEÇİRİLƏCƏK

5 may 2024 , 08:07
Bu gün 21-ci əsrin ən güclü meteor yağışı  olacaq – hamı görə biləcək

Bu gün 21-ci əsrin ən güclü meteor yağışı olacaq – hamı görə biləcək

5 may 2024 , 00:15
Cavanşir körpüsündə REAL TƏHLÜKƏ:   sökülə bilər

Cavanşir körpüsündə REAL TƏHLÜKƏ: sökülə bilər

4 may 2024 , 23:00
Bölgələrə yağış və sulu qar  yağıb - FAKTİKİ HAVA

Bölgələrə yağış və sulu qar yağıb - FAKTİKİ HAVA

4 may 2024 , 18:00
Sabah bu yollar tam BAĞLANACAQ

Sabah bu yollar tam BAĞLANACAQ

4 may 2024 , 15:05
Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

4 may 2024 , 12:46
Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

4 may 2024 , 11:10