Hesablama Palatası: rayonlarda yoxlamalar davam edir
11 aprel 2013 11:58 (UTC +04:00)

Hesablama Palatası: rayonlarda yoxlamalar davam edir

0

Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib. Bu barədə Lent. az-a Palatadan məlumat verilib. Kollegiya iclasında dövlət büdcəsindən Biləsuvar Rayon İcra Hakimiyyətinə,  Heydər Əliyev adına liseyə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair auditlərin nəticələri üzrə rəy və hesabatlar müzakirə olunaraq təsdiq edilib. Nəticələr barədə məlumatların  Milli Məclisə təqdim edilməsi qərara alınıb.

Kollegiya iclasında, həmçinin, Tərtər və Oğuz rayonlarında dövlət mülkiyyətində olan torpaqlardan istifadə vəziyyəti üzrə, habelə  Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinin gəlir və xərclərinin icrasına dair audit proqramları da təsdiqlənib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 854

Oxşar yazılar