İcra başçısı hərbçiləri mükafatlandırdı
21 dekabr 2014 10:10 (UTC +04:00)

İcra başçısı hərbçiləri mükafatlandırdı

0

Bərdədə ordu ilə xalqın birliyini nümayiş etdirən “Gənclər  gələcəyimizdir” hərbi  vətənpərvərlik tədbiri keçirilib. Lent.az-ın məlumatına görə, ölkə prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyevin doğum gününə həsr olunmuş tədbir Müdafiə  Nazirliyinin və Bərdə rayon İcra Hakimiyyətin birgə təşkilatçılığı ilə baş tutub.

 

Tədbirdə Müdafiə Nazirliyinin ordu birləşmələrinin zabit, gizir, əsgər, çavuş heyətinin  nümayəndələri, Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, aparatın məsul  işçiləri, YAP rəhbərliyi, KİV və ictimayyət nümayəndələri, məktəblilər iştirak edib. 

Tədbiri giriş sözü ilə Müdafiə Nazirliyi ordu birləşməsinin zabiti Həbib Məmmədov açıb. Sonra H.Məmmədov sözü Bərdə rayon İcra Hakimiyyətinin başçısı V.İsayevə verib. V.İsayev çıxışına tədbir iştirakçılarını qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının  Həmrəyliyi günü və Yeni il münasibətilə təbriklə başlayıb: “Bu gün prezident İlham Əliyevin məhz uğurlu siyasəti nəticəsində Azərbaycan beynəlxalq aləmdə güclü iqtisadiyyata malik bir ölkə kimi tanınmaqla yanaşı, həm də NATO standartlarına  uyğunlaşmış modern bir ordusunun olması ilə də diqqəti cəlb edir. Biz inanırıq ki, İlham  Əliyevin rəhbərliyi ilə tezliklə mənfur ermənilərin işğalı altında qalmış torpaqlarımız geri  alınacaq, qələbəmizi  Şuşada qeyd edəcəyik”.

Tədbir hərbi  qulluqçular, Bərdə Gənclər və İdman  idarəsi və Təhsil Şöbəsinin  nümayəndələri, məktəblilər,  Qarabağ  müharibəsi  veteranlarının  çıxışları ilə davam  etdirilib.

 

Daha sonra tədbirdə Bərdə rayon İcra Hakimiyyətinin başçısı V.İsayev və ordu birləşməsinin məsul nümayəndələri tərəfindən təhsildə seçilən məktəblilərə və döyüş  tapşırığının yerinə yertirilməsində xüsusi ilə fərqlənən hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim edilib. Sonda tədbir konsert proqramı ilə yekunlaşıb.   

       

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 413

Oxşar yazılar