<b>Builki qəbul planı <span style="color:red;">ARTIB </b>
23 may 2019 12:01 (UTC +04:00)

Builki qəbul planı ARTIB

2018-2019-cu tədris ilində ali məktəblərə qəbul planında 45 min 599 nəfərlik yer ayrılmışdısa, buliki tədris ilində 48 min 506 nəfərlik qəbul planı müəyyən olunub.

Lent. az xəbər verir ki, bunu Təhsil Nazirliyində keçirilən mətbuat konfransında nazirliyin Aparat rəhbərinin müavini Yaqub Piriyev deyib.

Onun sözllərinə görə, 2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul planında 6,4 faiz artım nəzərdə tutulub.

Aparat rəhbərinin müavini bu il kollec məzunlarının ali məktəblərə qəbul prosesindən də danışıb və onların şanslarının çox olduğunu deyib:  “Adətən qəbul planının dolma göstəricisi 90 faiz olur. Nəticədə 5 minə yaxın plan yeri boş qalır. Bu il orta məktəbi bitirənlərin sayı 78 minə yaxındır. Bu da  ötən illə müqayisədə  7-8 min azdır".

Y.Piriyev deyib ki, məzunların sayının az olması kollec məzunlarının ali məktəblərin müvafiq ixtisaslarına qəbul olunma şansını artırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1119

Oxşar yazılar