Magistraturalara ixtisas seçimi başa çatır
30 iyul 2019 11:24 (UTC +04:00)

Magistraturalara ixtisas seçimi başa çatır

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə ixtisas seçimi bu gün başa çatır.

Dövlət İmtahan Mərkəzindən (DİM) Lent.az-a bildirilib ki, boş qalan  yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı sayında dərc olunub.

2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına keçirilmiş ikimərhələli qəbul imtahanında toplanmış ballar əsasında müsabiqə yolu ilə aparılır.

Bakalavrlar boş qalan  yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün bu gün saat 23:59-dək  DİM-in internet saytının müvafiq səhifəsinə  daxil olaraq, seçdikləri ixtisaslaşmaların kodlarını “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə qeyd edib təsdiqləməlidirlər.

Boş qalan  yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı sayında dərc olunub. Hər bir bakalavr imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq olan 20-dək ixtisaslaşma kodunu seçə bilər.

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 688

Oxşar yazılar