Metro tikintisinə görə Bakının mərkəzində su olmayacaq
26 mart 2013 11:49 (UTC +04:00)

Metro tikintisinə görə Bakının mərkəzində su olmayacaq

 

“Azərsu” ASC Bakının bəzi ərazilərində su verilişində yaranacaq məhdudiyyətlərlə əlaqədar məlumat yayıb. Cəmiyyətin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Nəsimi rayonu ərazisində yeni metro stansiyasının tikintisi ilə əlaqədar A.Salamzadə və C.Məmmədquluzadə küçələrində kommunikasiya  xətlərinin köçürülməsi işləri çərçivəsində ərazidən keçən 500 mm diametrli magistral su kəmərinin yeri dəyişdirilib. Hazırda su xəttinin şəbəkəyə qoşulması işləri aparılır. Bununla əlaqədar martın 26-da gün ərzində paytaxtın Nəsimi və Nərimanov rayonlarının bəzi yerlərinə - Azadlıq prospekti, T.Əliyev, Ş.Rəhimov, Atatürk, X.Şuşinski küçələrinə və 3-cü Alatava yaşayış sahəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.

# 1336
avatar

Oxşar yazılar

Bakıda 20 dərəcə isti var – FAKTİKİ HAVA

Bakıda 20 dərəcə isti var – FAKTİKİ HAVA

5 may 2024 , 09:28
Bu gün ölkədə bəzi İMTAHANLAR KEÇİRİLƏCƏK

Bu gün ölkədə bəzi İMTAHANLAR KEÇİRİLƏCƏK

5 may 2024 , 08:07
Bu gün 21-ci əsrin ən güclü meteor yağışı  olacaq – hamı görə biləcək

Bu gün 21-ci əsrin ən güclü meteor yağışı olacaq – hamı görə biləcək

5 may 2024 , 00:15
Cavanşir körpüsündə REAL TƏHLÜKƏ:   sökülə bilər

Cavanşir körpüsündə REAL TƏHLÜKƏ: sökülə bilər

4 may 2024 , 23:00
Bölgələrə yağış və sulu qar  yağıb - FAKTİKİ HAVA

Bölgələrə yağış və sulu qar yağıb - FAKTİKİ HAVA

4 may 2024 , 18:00
Sabah bu yollar tam BAĞLANACAQ

Sabah bu yollar tam BAĞLANACAQ

4 may 2024 , 15:05
Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

4 may 2024 , 12:46
Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

4 may 2024 , 11:10