Milli Məclis Ayla bağlı qanun qəbul etdi
19 aprel 2013 13:22 (UTC +04:00)

Milli Məclis Ayla bağlı qanun qəbul etdi

0

Bu gün Milli Məclisdə “Ay və digər səma cisimləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyət prinsipləri haqqında” Müqavilənin təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

 

Lent.az-ın verdiyi məlumata görə, sənəd barədə Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev məlumat verib. Şəmsəddin Hacıyev deyib ki, bu Müqavilə 1967-ci ildən qüvvəyə minib, dünya ölkələrinin əksəriyyəti bu sənədə qoşulub. Onun sözlərinə görə, müqavilənin əsas məqsədi kosmik fəzanın istisnasız olaraq sülh məqsədi ilə tədqiq edilməsi, bu sahədə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsidir. Müqavilə səma cisimlərinin işğalını qadağan edir.

 

Azərbaycanın kosmosa peyk göndərdiyini xatırladan Şəmsəddin Hacıyev qanunun qəbulunun zəruri olduğunu bildirib.

 

Qanun qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2821

Oxşar yazılar