“Təhsil müəssisələrinə verilən İKT vasitələrindən əlavə məqsədlər üçün istifadə və kompüterlərin katibələrin evlərində olmasının qarşısını almaq məqsədilə müvafiq orqanlara 1 ay vaxt verilmişdi. Bu müddət ərzində xeyli iş görülüb”.
Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. O bildirib ki, bu barədə vəziyyətin necə olduğu və indi necə olması barədə ona gündəlik məlumat verilir. Nazir ümid edir ki, məsələ qısa müddətdə öz həllini tapacaq.
“Bir ay ərzində məsələnin əksər hissəsi həllini tapıb. Bizim mesajımızdan nəticə çıxarıblar. Yerlərə adamlar, komissiya göndərmişik. 1 ay ərzində demək olar ki, bu məsələ öz həllini tapıb”, - deyə o əlavə edib.