Nazirlər kitablardan danışdılar
18 aprel 2013 17:43 (UTC +04:00)

Nazirlər kitablardan danışdılar

0

Milli Kitabxanada Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda dərslik siyasəti” mövzusunda sərgi olub. Lent. az-ın məlumatına görə, tədbir Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Kitabxanası tərəfindən təşkil edilib.

Milli Kitabxananın direktoru Kərim Tahirov çıxışında deyib ki, dövlət tərəfindən təhsilə hər zaman diqqət və qayğı göstərilir. Təhsil naziri Misir Mərdanov isə Azərbaycanda təhsil səviyyəsinin yüksəlməsində yeni və müasir dərsliklərin nəşri ilə bağlı dövlət proqramlarından bəhs edərək təhsilin önəmini vurğulayıb. Onun sözlərinə görə, bu illər ərzində Azərbaycanda dərslik siyasəti uğurla davam etdirilib və cəmiyyətin inkişafı üçün yararlı olan dərsliklər hazırlanıb.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu günə kimi davam edən dövlət proqramlarının effektivliyindən bəhs edərək təhsilin və kitabın inkişaf yolundan söz açıb.

Tədbirin sonunda iştirakçılar Milli Kitabxananın təşkil etdiyi geniş kitab sərgisi ilə tanış olublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 863

Oxşar yazılar