

Ölümə səbəb ola biləcək xəstəlik - Həkimdən AÇIQLAMA
“Son illər qızılca xəstəliyi bir çox ölkələrdə, o cümlədən də bizim ölkəmizdə artır”.
Bu sözləri Lent.az-a açıqlamasında pediatr Elza Məhərrəmova deyib. O bildirib ki, buna səbəb insanların peyvənddən imtina etməsi və ölkələr arasında sıx gediş-gəlişin olmasıdır:

“Qızılca xəstəliyinin epidemiya halını almaması üçün bütün qurumlar, həkimlər, müəllimlər, eləcə də media işçiləri insanları maarifləndirməli, peyvəndin qızılcadan qorunmada yeganə yol olduğunu başa salmalıdırlar. Hələ də bir çox ölkələrdə uşaqlar arasında qızılca ölümlə nəticələnir. Qızılcanın ensefalit, yarımkəskin sklerozlaşan panensefalit, pnevmoniya, otit laringit, limfadenit kimi ağırlaşmaları olma ehtimalı yüksəkdir.
Qızılca yüksək yoluxdurucu qabiliyyəti olan kəskin infeksion virus xəstəliyidir ki, bu hava damcı yolu ilə yayılır. Həmçinin bunu Paramiksovirus ailəsindən olan Morbillivirus növü törədir. Xəstə insan öskürüb, asqıranda törədici ətrafa yayılıb, yuxarı tənəffüs yollarının selikli qişasından daxil olub xəstəlik törədir. Bu xəstəlikdə kontagiozluq (infeksion xəstəliklər zamanı xəstəlik törədicisinin xəstələrdən sağlamlara kontakt və ya aralıq obyektləri vasitəsilə verilməsi halı) 90%-dir”.
Pediatr əlavə edib ki, xəstəlik temperaturun 40 dərəcəyə qədər qalxması, fotofobiya (işıqdan qorxma), konyuktivit, asqırma, quru öskürək, səsin tutulması, baş ağrısı, əsnəyin hiperemiyasi, intoksikasiya, sərt damaqda xarakterik səpkilərlə başlayır:
“Bu səpkilərə Filatov Koplik ləkələri deyilir. Qırmızı haşiyəli ağımtıl bu ləkələr qızılcanın əsas patoqonomik əlamətidir. Xəstəlik, 4-5-ci günü əvvəl üzdə, boyunda, qulağın arxasında sonrakı günlər isə bütün bədənə yayılan səpkilərlə müşayiət olunur. Həmçinin səpkilər ləkəli papulyoz xarakterdə olub, bir-biri ilə birləşməyə meyilli olur.
Xəstə insan gizli dövrün son 4 günündə və səpkilər başlayandan sonra ilk 4 gün ətrafdakılar üçün riskli olur, 5-ci gündən sonra isə burada təhlükə qalmır.
Əgər ana qızılca keçiribsə, doğulacaq körpəsində qazanılmış passiv immunitet olacaq. Bu immunitet uşağı 6, ən çox 9 aya qədər qoruyur. Ən davamlı immunitet peyvənddən və xəstəlikdən sonra yaranır”.
E.Məhərrəmova son olaraq deyib ki, qızılca xəstəliyinə kiçik də olsa, şübhə yaranarsa, dərhal pediatra müraciət edilməlidir və bu xəstəlikdən qorunmaq üçün mütləq vaxtında peyvənd olmalıdır.
Oxşar yazılar

Hansı yeməklər təkrar qızdırıldıqda əsl zəhərə çevrilir?
9 avqust 2025 , 17:48
100 il əvvəl insanların 1000 il yaşayacağı proqnozlaşdırılmışdı: niyə baş vermədi?
9 avqust 2025 , 16:12
Sabah çimərliklərdə gözlənilən hava şəraiti - PROQNOZ
9 avqust 2025 , 14:09
Leysan, dolu, duman - SABAHIN HAVASI
9 avqust 2025 , 12:25
Amerikalıların niyə ata adı yoxdur: Əvəzində nə yazırlar?
9 avqust 2025 , 11:07
Avqust 4 BÜRCƏ böyük pul gətirəcək – şanslılar AÇIQLANDI
9 avqust 2025 , 09:09
Azərbaycanda yaşıllıqlara 20 min manata yaxın ziyan dəydi
8 avqust 2025 , 18:56