Ötən il ağır xəstə olan 10 məhkum azadlığa buraxılıb
28 mart 2014 13:21 (UTC +04:00)

Ötən il ağır xəstə olan 10 məhkum azadlığa buraxılıb

0

“Məhkumlar arasında əsasən ürək və onkoloji xəstəliklər geniş yayılıb”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəisi Rəfail Mehdiyev deyib.

 

Onun sözlərinə görə, məhkumlar arasında yoluxucu xəstəliklər də mövcuddur: "HİV-ə, vərəmə yoluxmuş xəstələr də var. Bütün xəstə məhkumların müalicəsi tərəfimizdən həyata keçirilir".

 

R.Mehdiyev bu il məhkumlar arasında ölüm hallarının baş verdiyini də qeyd edib: "Bu il məhkumlar arasında xəstəlikdən ölənlər olub. Lakin bu cür halların sayı getdikcə azalır. Biz məhkumların sağlamlığı üçün adekvat addımlar atırıq. 2013-cü ildə 10 məhkum ağır xəstə olduğu üçün azadlığa buraxılıb. Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunmuş xəstəlik siyahısı var ki, o cür xəstələrin sağlamlığına məhkumluq təsir edir. Bu cür xəstələr azadlığa buraxılır. Son 10 ildə vərəmdən ölüm halları 10 dəfə, digər xəstəliklərdən ölüm halları isə 3 dəfə azalıb".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 816

Oxşar yazılar