
Paytaxtda 107 küçə və prospektdə piyada keçidləri yenilənib
Paytaxtın inzibati ərazisindəki yol kəsişmələrində nişanlanma xətləri, xüsusən də eyni səviyyəli piyada keçidlərinin iki komponentli boya ilə əvəzlənməsinə başlanılıb.
Bu barədə Lent.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, məqsəd, yol hərəkəti təhlükəsizliyi səviyyəsini artırmaqdır.
Yeniliyin tətbiqi ilə piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini daha yaxşı təmin etmək mümkün olacaq.
İki komponentli boyaların əsas üstünlükləri aşağıdakılardır:
- Yüksək işıqqaytarıcılıq keyfiyyəti. İşıqqaytarıcılığın artırılması üçün boyaya xüsusi şüşə kürəcikləri də əlavə edilir. Bu da həm günün qaranlıq saatlarında, həm də görüntünün məhdud olduğu pis hava şəraitində yol nişanlamalarının daha görünən olmasına imkan verir.
- Uzun müddətli qalıcılıq. İki komponentli boyalar daha qalın olur və soyuq boyaya nisbətən uzun müddət keyfiyyətini itirmir.
- Daha asan yuyula bilən olması.
Qeyd edək ki, artıq 14 küçə və prospektdə qeyd edilən işlər yekunlaşdırılıb. Ümumilikdə son 4 ay ərzində Agentlik tərəfindən 107 küçə və prospektdə eyni səviyyəli piyada keçidləri yenilənib.
Oxşar yazılar

"Neftçi"nin sabiq futbolçusu Mahir Şükürov evləndi
12 may 2025 , 03:21
Bu həftə 4 BÜRC üçün bütün qapılar açılacaq
12 may 2025 , 00:02
Bakının bu yollarında tıxac var - SİYAHI
11 may 2025 , 22:12
Güclü leysan və sel XƏBƏRDARLIĞI
11 may 2025 , 17:51
Azərbaycan və Türkiyə hərbçiləri Naxçıvanda təlimdə
11 may 2025 , 17:27
Beş BÜRC öz xoşbəxtliyini tapacaq, üç BÜRCÜ uğursuzluq dalğası bürüyəcək
11 may 2025 , 15:33
9-cu sinfi bitirənlər üçün növbəti imtahan keçirildi -YENİLƏNİB
11 may 2025 , 14:02