Prezident Xətai rayonunda yeni salınan parkda yaradılan şəraitlə tanış olub
30 dekabr 2012 15:31 (UTC +04:00)

Prezident Xətai rayonunda yeni salınan parkda yaradılan şəraitlə tanış olub

0

Prezident İlham Əliyev dekabrın 30-da Bakının Xətai rayonunda yeni salınan parkda yaradılan şəraitlə tanış olub. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov parkda yaradılan şəraitlə bağlı dövlət başçısına məlumat verib.

 

Bildirilib ki, iki hektar ərazisi olan parkda hovuz inşa edilib. Hovuzun mərkəzində Avstriya mütəxəssisləri tərəfindən qlobus formasında xüsusi sistem quraşdırılıb. Bu sistemə istənilən proqramı yükləmək mümkündür.

Bu qurğu paytaxt haqqında məlumatları və müxtəlif reklam çarxlarını nümayiş etdirmək imkanına malikdir. Parkın işıqlandırma sistemi ən müasir standartlar səviyyəsindədir və gecə saatlarında bu istirahət guşəsinə xüsusi gözəllik verir. Parkın ərazisində çoxlu sayda ağac və gül kolları əkilib, yaşıllıq zolağı salınıb, paytaxt sakinlərinin istirahəti üçün lazımi şərait yaradılıb. Ətrafında da abadlıq işləri aparılmış parkın ərazisinə 10 min kvadratmetr qranit və xüsusi plitələr döşənib.
Dövlət başçısı parkda yaradılan şəraitlə yaxından tanış oldu və müvafiq tapşırıqlarını verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1774

Oxşar yazılar