Puta stansiyasının baş yollarının əsaslı təmirinə  başlanıldı 
25 oktyabr 2013 09:00 (UTC +04:00)

Puta stansiyasının baş yollarının əsaslı təmirinə  başlanıldı 

0

 

“Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir.

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi  Nadir Əzməmmədovun Lent.az-a verdiyi məlumata görə, bu gün dəmir yolunun Puta stansiyasının tək və cüt baş yollarının  - 2150 metr yolun əsaslı təmirinə başlanılıb.

 

Səhər tezdən start götürən təmir işləri dörd gün davam edəcək. Əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir. Dövlət Proqramının icrası çərçivəsində əsaslı təmir işlərinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. Bu günə kimi 289 kilometr yol əsaslı təmir olunub, bunun da 230 kilometrinin 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənməsi başa çatıb.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1017

Oxşar yazılar