
Bu ərazilərdə qanunsuz heyvan kəsimi AŞKARLANDI
Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun olmayan yerlərdə, yol kənarlarında qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması məqsədilə növbəti nəzarət tədbirlərini Xırdalan şəhəri, Göygöl, Abşeron, və Zərdab rayonlarında keçirib.
Bu barədə Lent.az-a qurumun mətbuat xidmətindən verilən məlumata görə, reydlərdə yol kənarlarında qanunsuz quraşdırılan, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan kəsim qurğuları sökülüb.
Sahibkarlara ərazidə fəaliyyət göstərən ixtisaslaşmış kəsim məntəqəsinin xidmətlərindən istifadə etmək, yaxud stasionar, modul və modul tipli kəsim məntəqələrini yaratmaq tövsiyyə edilib.
AQTA qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və bu sahədə qanunsuz fəaliyyət göstərməməyə çağırır.
Oxşar yazılar

Avqustda pulla çiməcəklər: Siyahıda 3 BÜRC var
5 avqust 2025 , 00:02
Bu xiyarlar bankada partlaya bilər - Hansı meyvələri heç vaxt konservləşdirilməməlidir
4 avqust 2025 , 19:59
Meteohəssas insanlara sabahın havsı ilə bağlı XƏBƏRDARLIQ
4 avqust 2025 , 18:44
Şöhrət, pul, sevgi: Avqustda şanslı olacaq 4 BÜRC
4 avqust 2025 , 18:28
Bakının bu rayonunda işıq olmayacaq
4 avqust 2025 , 17:56
Dağlarda rekord sayda ölüm: Nə baş verir?
4 avqust 2025 , 17:31
Bakını toz bürüdü
4 avqust 2025 , 16:39