Qəbələ konfransı başa çatdı
12 mart 2013 17:49 (UTC +04:00)

Qəbələ konfransı başa çatdı

0

“Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması” mövzusunda Qəbələ şəhərində keçirilən beynəlxalq konfrans başa çatıb.


 

APA-nın məlumatına görə, konfransda müxtəlif ölkələrin müvafiq qurumlarının əməkdaşları tərəfindən təqdimatlar keçirilib.

 

Konfransın sonunda Qırğızıstanın fövqəladə hallar naziri Kubatbek Boronov, Qazaxıstanın fövqəladə hallar naziri Vladimir Boşko, Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi Nəvaf əl-Sleibi çıxış ediblər.

 

Konfransın təşkilinə görə Azərbaycana minnətdarlığını bildirən Nəvaf əl-Sleibi konfransda qazanılan təcrübənin iştirakçı ölkələrə öz töhfəsini verəcəyini vurğulayıb.

 

Qeyd edək ki, konfrans Beynəlxalq Mülki Müdafiə Təşkilatının təşəbbüsü və Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə keçirilib. Konfransda 54 ölkədən və müxtəlif beynəlxalq təşkilatlardan 155-dən artıq nümayəndə iştirak edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 625

Oxşar yazılar