Millət vəkili Qənirə Paşayeva ön cəbhədə, Tovuzun Əlibəyli kəndində olub. Lent.az-ın məlumatına görə, son 3 gündə Ermənistanın atəşkəsi pozması nəticəsində yaralanan Əlibəyli kənd sakini Etibar Tağıyevi ziyarət edib. Həkimlər millət vəkilinə yaralıya zamanında bütün yardımların edildiyini, müalicənin müsbət nəticə verdiyini və yaxın günlərdə E. Tağıyevin tam sağalaraq evinə dönə biləcəyini deyiblər.
Daha sonra millət vəkili başqa bir yaralı Rəşad Əliyevi də ziyarət edib, ön cəbhədə qulluq edən əsgərlərlə də görüşüb.