QHT Şurası Mərkəzi Banka müraciət edib
28 mart 2014 15:38 (UTC +04:00)

QHT Şurası Mərkəzi Banka müraciət edib

0

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası yanında Hüquq və Monitorinq Komissiyası qrantlar üzrə bank əməliyyatlarının aparılmasında yaranmış bəzi çətinliklərlə bağlı Mərkəzi Bank rəhbərliyinə müraciət edib. Lent.az-ın məlumatına görə, müraciətdə bildirilir ki, “Qrant haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə qeydə alınmamış qrant müqavilələri üzrə əməliyyatların aparılmaması və bu tələb pozulduğu halda inzibati cərimənin tətbiqi ilə bağlı edilən dəyişikliklər 04 fevral 2014-cü il tarixdən qüvvəyə minsə də, banklar bu tarixdən əvvəl bağlanmış qrant müqavilələrinin qeydiyyatı və əvvəllər qeydə alınmış qrant müqavilələri (qərarları) üzrə hər dəfə daxil olan maliyyə vəsaitləri (tranşlar) üzrə də bildirişlər tələb edir. Bu da qrant müqavilələri üzrə layihələrin həyata keçirilməsində qeyri-hökumət təşkilatları üçün müəyyən problemlər yaradır. Hüquq və Monitorinq Komissiyası müraciətində bu çətinliyin aradan qaldırılması üçün Mərkəzi Bankın rəhbərliyindən müvafiq tədbir görülməsini xahiş edib. Komissiya eyni zamanda qrant müqaviləsinin surətinin notariat qaydasında təsdiqi qaydasının qrant müqavilələrinin qeydiyyatına dair bildirişlərin alınmasında bir sıra çətinliklər yaratdığını da nəzərə alaraq bu tələbin qanunvericilikdən çıxarılması barədə də müvafiq dövlət orqanlarına müraciət hazırlayır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 631

Oxşar yazılar