Sabah Binəqədi rayonuna qaz verilməsi dayandırılacaq
28 mart 2013 18:17 (UTC +04:00)

Sabah Binəqədi rayonuna qaz verilməsi dayandırılacaq

Binəqədi rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq. ARDNŞ-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq, martın 29-da saat 10:00-dan 17:00-dək “Sərdarov zavodu” orta təzyiqli qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq.

 

Təmir işləri aparılan müddətdə Binəqədi rayonuna təbii qazın verilişində fasilələr yaranacaq. 

# 665
avatar

Oxşar yazılar