Azərbaycanda temperatur yüksəlir <span style="color:red;">- 24 dərəcə isti olacaq
23 oktyabr 2014 13:28 (UTC +04:00)

Azərbaycanda temperatur yüksəlir - 24 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 10-13, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.

Rayonlarda sabah hava əsasən yağmursuz keçəcək, gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacağı, lakin axşam bəzi şərq rayonlarında yağış ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 8-13, gündüz 19-24, dağlarda gecə 4-9, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1245

Oxşar yazılar