
Sabahın HAVASI
İyulun 20-də gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında iyulun 20-də hava dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 30-34, Bakıda gecə 22-24, gündüz 31-33 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz olacaq.
Abşeron çimərliklərində Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gecə saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti təşkil edəcək.
Oxşar yazılar

Avqustun 5-nin ən şanslı 3 BÜCÜ: Hər şey mütləq yaxşı olacaq
5 avqust 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
5 avqust 2025 , 08:32
Avqustda pulla çiməcəklər: Siyahıda 3 BÜRC var
5 avqust 2025 , 00:02
Bu xiyarlar bankada partlaya bilər - Hansı meyvələri heç vaxt konservləşdirilməməlidir
4 avqust 2025 , 19:59
Meteohəssas insanlara sabahın havsı ilə bağlı XƏBƏRDARLIQ
4 avqust 2025 , 18:44
Şöhrət, pul, sevgi: Avqustda şanslı olacaq 4 BÜRC
4 avqust 2025 , 18:28
Bakının bu rayonunda işıq olmayacaq
4 avqust 2025 , 17:56