Sabunçuda su olmayacaq
09 aprel 2013 10:20 (UTC +04:00)

Sabunçuda su olmayacaq

0

 

İstehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi ərazisində yerləşən “+ 126 Qaraçuxur” su anbarında 800 mm diametrli siyirtmə dəyişdirilir. 
 
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bununla əlaqədar aprelin 9-da Bakı şəhəri Sabunçu rayonunun Bakıxanov və Suraxanı rayonunun Qaraçuxur qəsəbəsinin bəzi yerlərinə içməli su gün ərzində müəyyən fasilələrlə veriləcək.
 
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1105

Oxşar yazılar