Səbaildə ilin ilk rübü müzakirə edildi
18 aprel 2013 14:39 (UTC +04:00)

Səbaildə ilin ilk rübü müzakirə edildi

0

Bu gün Səbail rayonunda 2013-cü ilin birinci  rübünün yekunları müzakirə olunub. Lent.az-ın məlumatına görə, iclası giriş sözü ilə açan Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qeyd edib ki, ölkədə 3 ay ərzində ümumi daxili məhsul 3,1 %,  qeyri-neft sektoru 11,4 % artmış, inflyasiya cəmi 1,2 %, əhalinin pul gəlirləri təxminən 6,0 % olub. Kənd  təsərrüfatı 4 %  artıb. Hesabat dövründə Səbail rayonunda sənaye müəssisələri tərəfindən 5.976,8  milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,5 % az sənaye məhsulu istehsal edilib.  Nəqliyyat müəssisələri tərəfindən   153,4   milyon manatlıq və ya keçən illə müqayisədə 7,8 % çox, rabitə müəssisələri tərəfindən 144,5  milyon manatlıq və ya keçən ilin müvafiq dövrünə nisbətən 1,0 % çox rabitə xidmətləri göstərilib. Bütün maliyyə mənbələri hesabına  əsas kapitala investisiya 899,6 milyon manat olub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 36,7  %  artıb. Tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın  həcmi 243,4 milyon manat olub.  Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tikinti quraşdırma işləri 3,4 dəfə artıb. İlin əvvəlindən əhaliyə 61,1 milyon manatlıq istehlak malları satılıb və ya pullu xidmət göstərilib, bu da ötən illə müqayisədə 22,5 % çoxdur. Həmin dövr ərzində xidmət müəssisələri tərəfindən əhaliyə   73,1 milyon manatlıq və ya əvvəlki ilin yanvar-mart aylarından 22,5 % çox əmtəə satılıb. 2013-cü ilin yanvar-mart ayları ərzində əhaliyə 20,4 milyon  manatlıq  və  ya  əvvəlki  ilin  eyni  dövrünə nisbətən  29,2  % çox  iaşə  xidmətləri  göstərilib.  Cari ilin əvvəlindən pullu xidmətlərin həcmi 2012-ci ilin eyni dövrünə nisbətən  2.4 % artaraq 73.1 milyon manat olub.

Səbail rayonu üzrə daimi əhalinin sayı 95142 nəfər olub, əlavə olaraq rayonda 9207 nəfər məcburi köçkün məskunlaşıb. Rayonda çalışan işçilərin sayı 111983 nəfər, orta aylıq əmək haqqının məbləği isə 905,0  manat olub ki, bu da keçən illə müqayisədə 5,9 % çoxdur. 2013-cü ilin I rübü ərzində Səbail rayonu ərazisində 536 yeni iş yeri açılıb ki, bunlardan hamısı daimi iş yerləridir. Ümumilikdə – yalnız 2009-2013-cü ilin mart ayına kimi Səbail rayonunda 9030 daimi iş yeri açılıb.

Ha¬zır¬da   rayon ərazisində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın, «Alov qüllələri» kompleksinin, Badamdar qəsəbəsində Oksford məktəbi üçün yeni tədris korpusunun, «Azadlıq» Meydanında   yeraltı və Fəvvarələr Meydanında yerüstü qarajların, Əhəd Yaqubov küçəsində kütləvi informasiya vasitələri işçiləri üçün  yeni binanın, Əhəd Yaqubov küçəsində Müasir İstedadlar Məktəbinin,  «Cənub» mehmanxanasının sökülərək yerində 7 mərtəbəli yeni mehmanxananın, Qurban Abbasov küçəsində yeni İş mərkəzinin tikintisi, yeni veloparkın yaradılması, Dövlət Musiqili Komediya Teatrının əsaslı təmiri,  mərkəzdə yaşayış binalarının fasadlarının  üzlənməsi,  Dağüstü parkın ərazisinin bir hissəsində  əsaslı təmir-yenidənqurma işləri və «İstiqlal» Muzeyinin tikintisi,  Dənizkənarı Milli Bulvarın Bayraq Meydanı istiqamətində genişləndirilməsi və burada yeni istirahət güşələrinin yaradılması,  «Qız qalası»nda  bərpa və konservasiya işləri davam edir. Bu işlər çərçivəsində Azadlıq Meydanı ərazisinin tam şəkildə təmiri başa çatdırılıb, yola yeni asfalt örtüyü çəkilib. RİH tərəfindən Dağüstü parkda rayonun ictimai təşkilatları və «Şəhidlər Xiyabanı» kompleksində çalışan texniki xidmətlərin işçiləri üçün yeni bina, Badamdar qəsəbəsində texniki xidmət işçiləri üçün 2 mərtəbəli xidməti yaşayış binasının inşası başa çatdırılıb, oradakı mənzillər lazımi mebel və avadanlıqla təmin olunub.


Tədbirdə «Yeni Azərbaycan» qəzetinin 20 illik yubileyi ilə əlaqədar qəzetin kollektivinə Səbail RİH-nin təbrikləri çatdırılıb və qiymətli hədiyyə təqdim olunub.  «Yeni Azərbaycan» qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxış edərək öz minnətdarlığını bildirib. İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı həm də həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 556

Oxşar yazılar