Ermənistan ordusu ötən gecə dinc əhalini atəşə tutub. Lent.az-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri Səbuhi Məmmədlinin verdiyi məlumata görə, Ağdamın Xındırıstan, Əhmədağalılar, Üçoğlan, Tərtərin Düyərli, Əskipara kəndləri reaktiv artilleriyadan və toplardan atəşə tutulub.
Hadisə nəticəsində 62 yaşlı Qaraş Dadaşov həyatını itirib, 16 yaşlı Pakizə Məhərrəmli qəlpə yarası alıb. P. Məhərrəmli Ağdam şəhər xəstəxanasına yerləşdirilib.
Ermənilərin dinc əhaliyə atəşi nəticəsində Əhmədalılar kəndində müəllim işləyən Familə Əliyevanın evi dağılıb, Üçoğlan kəndində İbrahimov Bəxtiyarın evi yanıb və evin bir hissəsi uçub. Sabir Əliyevin evi isə zərər çəkib.