Səlim Müslümov: “Neqativ hallara yol verənlər dərhal işdən azad olunacaq“
03 dekabr 2013 15:12 (UTC +04:00)

Səlim Müslümov: “Neqativ hallara yol verənlər dərhal işdən azad olunacaq“

0

Bizim işlədiyimiz insanlar cəmiyyətin elə həssas təbəqəsidir ki, orada hər hansı neqativ hal olmamalıdır.


 

Kimlərsə yerlərdə belə hallara yol verəcəksə, dərhal cəzasını alacaq və işdən azad olunacaq”.

 

APA-nın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında deyib.

 

O bildirib ki, sosial müdafiə sahəsində bu proses başlayıb və davam edəcək.

 

Nazirin sözlərinə görə, prezident tərəfindən qoyulan tapşırıqların yerinə yetirilməsi üçün dərhal bütün işlər görüləcək: “Bu sahədə hələ bəzi təmizləmələr aparmaq, tam şəffaflığı təmin etmək lazımdır. Ünvanlı sosial yardım, tibbi sosial ekspert komissiyalarının işində və digər sahələrdə də başqa söhbət ola bilməz”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1829

Oxşar yazılar