Sınaq imtahanına hazırlıq: 2 yer boş qalıb
29 mart 2013 15:39 (UTC +04:00)

Sınaq imtahanına hazırlıq: 2 yer boş qalıb

 

“Aprelin 7-də keçiriləcək sınaq imtahanına yazılış başa çatmaq üzrədir”. Bunu Lent.az-a açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, imtahanda iştirak etmək üçün respublika üzrə abituriyentlərə 34464 yer ayrılıb və qeydiyyat internet vasitəsilə martın 28-dən aparılıb: ” Yalnız  2 yerə  yazılış olmayıb. Növbəti sınaq imtahanı aprelin 14-də keçiriləcək və yazılış başa çatmayıb .”- deyə, mətbuat katibi əlavə edib.

# 1040

Oxşar yazılar