Sosial xidmət: qayğıya ehtiyacı olan uşaqlar üçün
10 aprel 2013 15:46 (UTC +04:00)

Sosial xidmət: qayğıya ehtiyacı olan uşaqlar üçün

0

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində xüsusi qayğıya ehtiyacı olan uşaqlara kömək məqsədilə QHT -lərlə görüş keçirilib. Bu barədə Lent. az-a  Nazirlikdən məlumat verilib.

Nazir Füzuli Ələkbərov «Sosial xidmət haqqında» Azərbaycan Respublikası Qanununun sosial xidmətlərin çeşidinin artmasında, hökumət və ixtisaslaşmış qeyri-hökumət təşkilatları, fiziki və hüquqi şəxslərlə əməkdaşlıq imkanlarının genişləndirilməsində mühüm rol oynadığını qeyd edib.

Prezidentin ehtiyat fondundan ilkin olaraq 2 milyon manat vəsaitin ayrıldığını vurğulayıb.

Deyib ki, bu vəsait ilk növbədə sağlamlıq imkanları məhdud olan və yetkinlik yaşına çatmayanların sosial reabilitasiyası, baxımsızlığının qarşısının alınması sahəsində işlərin görülməsinə, onlara ev şəraitində icma əsaslı sosial xidmətlər göstərilməsinə yönəldiləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 753

Oxşar yazılar