
Sumqayıt bulvarı genişləndirilir
Sumqayıt bulvarın ərazisi daha 1 kilometr uzadılır. Hazırda 106 hektar olan bulvar ərazisinin genişləndirmə işləri sürətlə davam edir.
Lent.az xəbər verir ki, bulvarın yeni zonasında uşaq əyləncə mərkəzlərinin, fəvvarənin, müxtəlif attraksionların quraşdırılması nəzərdə tutulub. Həmçinin yeni ərazidə restoranlar tikilir, çimərlik zonası salınır, 292 istirahət otağının inşası aparılır. Bununla yanaşı, bulvara əlavə olunan ərazidə 40 min kvadratmetr gəzinti zolağı, 16 metr enində yol və yaşıllıq zolağı salınacaq. Bu yol şəhərin Səməd Vurğun küçəsinə birləşdiriləcək.
Qeyd edək ki, həmçinin Sumqayıt bulvarında Muğam Mərkəzinin tikintisi də aparılır.
Oxşar yazılar
Maqnit qasırğaları hücum edir: O qədər güclü olacaq ki...
5 may 2025 , 15:27Bakıya leysan yağacaq - XƏBƏRDARLIQ
5 may 2025 , 14:59
Azərbaycanda ixtisasdəyişmənin ƏN ASAN YOLU – Stressə girməyəcəksiniz
5 may 2025 , 14:39
Leysan, dolu, sulu qar - Sabahın HAVASI
5 may 2025 , 13:01
Azərbaycanda ən xalis və faydalı bal hansı rayonlarda olur? – SİYAHI
5 may 2025 , 11:00
Ürək dərmanları PULSUZ OLACAQ
5 may 2025 , 10:56
Əmək pensiyasının təyini üçün kimlər müraciət edə bilər? – CAVAB
5 may 2025 , 10:32