Təhsil müəssisələri yoxlanıldı, təqsirkarlar cəzalandırıldı
27 mart 2013 16:20 (UTC +04:00)

Təhsil müəssisələri yoxlanıldı, təqsirkarlar cəzalandırıldı

Təhsil Nazirliyi  təhsil müəssisələrində aparılmış nəzarət-təftişin nəticələri barədə hesabat yayıb. Nazirlikdən Lent. az-a verilən məlumata görə,  Maliyyə Nazirliyi və Hesablama Palatası tərəfindən ötən il dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə səmərəli xərclənməsi üzərində nəzarəti təmin etmək məqsədi ilə   69 təhsil, o cümlədən 7 ali təhsil müəssisəsində, 9 kollecdə, 8 ilk peşə-ixtisas təhsili  müəssisəsində, 13 internatda, 17 məktəbdənkənar təhsil müəssisəsində, 7 təhsil şöbəsində, 3 uşaq evində, 5  lisey və gimnaziyada aparılan büdcə və büdcədənkənar vəsaitlər üzrə xərclər smetalarının təftişinin nəticələri araşdırılıb.

 44 müəssisədə, o cümlədən 5 ali təhsil müəssisəsində, 7 kollecdə, 8 ilk peşə-ixtisas  təhsili müəssisəsində, 7 internatda, 6 məktəbdənkənar təhsil müəssisəsində, 5 təhsil şöbəsində, 3 uşaq evində, 3 lisey və gimnaziyada aşkar olunan nöqsan və çatışmazlıqların tam aradan qaldırılması və gələcəkdə onların təkrarına yol verilməməsi məqsədi ilə müvafiq əmrlər hazırlanıb. Təftiş və yoxlamalar nəticəsində aşkar olunmuş nöqsan və pozuntularla bağlı məsuliyyətli olan bütün şəxslər öz  vəzifə borclarına qeyri-ciddi yanaşdıqları üçün Əmək Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq  cəzalandırılıb.

# 950

Oxşar yazılar