“Hazırda yeni işə başlayan kənd müəllimlərinin bir stavka (12 saat) dərs yükü üçün aylıq əmək haqqı 155 manat təşkil edir. Kompensasiya və stimullaşdırıcı tədbirlər də əlavə edilərsə, kənddə çalışan müəllimlərin əmək haqqı 315 manat olacaq”. Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov bildirib. O qeyd edib ki, stavka artdıqca, əmək haqqı da müvafiq olaraq artacaq.
“Kənd rayonlarında əmək fəaliyyətinə başlamaq üçün konkret iş yerlərinə göndəriş almış gənc mütəxəssislərə, həmçinin yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədi ilə əməkhaqqının iki misli həcmində birdəfəlik yardım da ödəniləcək”.
Nazirin sözlərinə görə, 3 illik müddət bitdikdən sonra həmin və ya digər kənd məktəbində pedaqoji fəaliyyətini davam etdirən gənc mütəxəssislərə daha 2 il müddətinə kompensasiya və əməkhaqqına əlavə ödəniləcək. “Müddətin uzadılması gənc mütəxəssislərin işlədikləri kənddə məskunlaşmasının təmin olunmasına xidmət edir. Aparılan təhlillər göstərir ki, gənc mütəxəssislərin bir hissəsi 3 illik müddət ərzində məskunlaşma imkanları yarada bilmədiklərinə görə müddət bitdikdən sonra iş yerlərini tərk edirlər”.

Təhsil naziri: "Kənd müəllimlərinin maaşı artacaq"
Oxşar yazılar

Həftənin bu günü insanlar stresli və əsəbi olur - ALİMLƏR AÇIQLADI
17 iyul 2025 , 16:37
Yayın gözəllikləri və təhlükələri: xərçəng riski var - ARAŞDIRMA
17 iyul 2025 , 16:07
Prezident ona at hədiyyə etdi
17 iyul 2025 , 15:50
Sabah çimərliklərdə neçə dərəcə isti olacaq? - PROQNOZ
17 iyul 2025 , 14:40
Ən çox isti harada qeydə alınıb? - Faktiki HAVA
17 iyul 2025 , 13:41
Qarpızı dondurmaq olarmı: bu nə üçün lazımdır?
17 iyul 2025 , 12:25
Sabah 41 dərəcə isti olacaq - Hava PROQNOZU
17 iyul 2025 , 12:20