Növbəti ildən etibarən ali məktəblərin mətbuat xidmətlərinin rəhbərləri və eyni zamanda xidmətin əməkdaşları üçün təlimlər keçiriləcək. Lent.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin QHT və KİV-lə İş sektorunun müdiri Cəsarət Valehov bildirib. O qeyd edib ki, təlimlərdə fotoların, müxtəlif hadisələrin idarə olunması, press-relizlərin yazılması sahəsində universitetlərdə olan media əməkdaşlarının təcrübəsi təkmilləşdiriləcək. “Təlimlər həm yerli, həm də beynəlxalq səviyyədə təşkil olunacaq. Hazırda ali məktəblərin media qurumlarının rəhbərlərinin dünyanın müxtəlif ölkələrinin təlim mərkəzlərinə göndərilməsi ilə bağlı müzakirələr aparılır”.
Sektor müdiri onu da vurğulayıb ki, gələn ilin əvvəllərində nazirliyin veb-saytı yeni dizaynda istifadəçilərin ixtiyarına veriləcək: “Hazırda bu istiqamətdə işlər gedir”.