Təhsil Nazirliyinə bu qədər müraciət daxil oldu
01 avqust 2019 13:09 (UTC +04:00)

Təhsil Nazirliyinə bu qədər müraciət daxil oldu

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglər və Vətəndaşların Qəbulu Mərkəzinə 22 557 müraciət daxil olub.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, Telefon Məlumat Mərkəzində 18 672 zəng qəbul edilib.

Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 3 885 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat və Vətəndaşların Qəbulu mərkəzlərinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 606 (651 ərizə, 955 məktub) sənəd qəbul olunub və qeydiyyata alınıb.

Daxil olan müraciətlər daha çox müəllimlərin işə qəbulu, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), tələbələrin köçürülməsi və ümumi təhsil sahəsinə aid məsələləri əhatə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 573

Oxşar yazılar