Temperatur 38 dərəcəyə çatacaq
26 iyun 2013 12:24 (UTC +04:00)

Temperatur 38 dərəcəyə çatacaq

0

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Lent.az-a verilən məlumata görə, şimal, şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 21-23, gündüz 30-32 dərəcə isti olacağı gözlənilir. Abşeron çimərliklərində dəniz suyunun temperaturu  22-25 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında iyunun 27-də hava şəraiti əksər rayonlarda əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi dağlıq və daqətəyi rayonlarda şimşək çaxacağl, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23, gündüz 22-38, dağlarda gecə  9-14, gündüz  22-27 dərəcə isti təşkil edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1276

Oxşar yazılar