TQDK-dan yenilik: fiziki imkanları məhdud olanlara yeni güzəşt
10 aprel 2013 10:25 (UTC +04:00)

TQDK-dan yenilik: fiziki imkanları məhdud olanlara yeni güzəşt

0

 

TQDK imtahanlarda iştirak edəcək fiziki imkanları məhdud olanlara müraciət edib. Qurumun mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə,  Tələbə Qəbulu üzrə Dövlət Komissiyası əvvəlki illərdə olduğu kimi, cari ildə də sınaq və qəbul imtahanlarında iştirak etmək istəyən məhdud fiziki imkanlı insanlar üçün imtahan zamanı zəruri şərait yaradacaq. Bunun üçün xüsusi kateqoriyaya aid olan bu insanlar müvafiq təsdiqedici sənədləri TQDK-ya və ya Sənəd Qəbulu Komissiyalarına təqdim etməli və qeydiyyatdan keçməlidirlər.

Əvvəlki illərdən fərqli olaraq məhdud fiziki imkanlı insanlar TQDK-ya və ya Sənəd Qəbulu Komissiyalarına şəxsən müraciət etmədən də qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatın aparılması üçün TQDK-nın internet saytında xüsusi səhifə (tqdk.gov.az/mfii) açılıb.

İştirak edəcəyi imtahanların növündən və sayından asılı olmayaraq bu şəxslərin cəmi bir dəfə qeydiyyatdan keçmələri kifayətdir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 909

Oxşar yazılar