Vətəndaşlar nazirliyə əsassız da müraciət edirlərmiş
28 mart 2013 18:16 (UTC +04:00)

Vətəndaşlar nazirliyə əsassız da müraciət edirlərmiş

Səhiyyə Nazirliyinin Qaynar xətt xidmətinə son iki il ərzində 13275 müraciət daxil olub. Bu barədə Lent.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Daxil olmuş müraciətlərin 9061-i (1728-i əsaslı, 4976-sı isə əsassız, 2357-si cari problemlərlə bağlı şikayət), 730-u - aidiyyəti üzrə deyil, 3484-ü sorğu xarakterli olub.

 

2013-cü ilin fevral ayı ərzində Qaynar xətt xidmətinə 484 müraciət daxil olmuşdur. Daxil olan müraciətlərin 350-si (176-sı əsaslı, 153-ü isə əsassız, 21-i cari problemlərlə bağlı şikayət), 19-u aidiyyəti üzrə deyil, 115-i isə sorğu xarakterli olub.

 

Qaynar xətt xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün əsaslı şikayətlər barədə müvafiq tədbirlər görülüb.

# 632

Oxşar yazılar