Vilayət Eyvazov Şəkidə vətəndaşları qəbul edəcək
05 avqust 2019 12:02 (UTC +04:00)

Vilayət Eyvazov Şəkidə vətəndaşları qəbul edəcək

0
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov avqustun 31-də Şəki Şəhər-Rayon Polis Şöbəsində Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələ rayonlarının sakinlərini qəbul edəcək.
 
Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.
 
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1159

Oxşar yazılar