Prezident Xaçmaza 4 milyon manat ayırdı
19 dekabr 2014 19:19 (UTC +04:00)

Prezident Xaçmaza 4 milyon manat ayırdı

0

Prezident İlham Əliyev Xaçmaz rayonunun Qusarçay-Pirquluoba-Yeni Həyat avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Lent.az-ın məlumatına görə, sərəncama əsasən, səkkiz min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Qusarçay-Pirquluoba-Yeni Həyat avtomobil yolunun tikintisi məqsədi ilə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Xaçmaz Rayon İcra Hakimiyyətinə 4 milyon manat ayrılıb.

 

Maliyyə Nazirliyi nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 349

Oxşar yazılar