Yeni ilin ilk günündə hava necə olacaq?
29 dekabr 2012 16:15 (UTC +04:00)

Yeni ilin ilk günündə hava necə olacaq?

0

Yanvarın 1-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumatına görə, Bakıda və Abşeron yarımadasında dekabrın 31-də gündüz ölkə ərazisində yağıntıların tədricən kəsiləcəyi, dekabrın 31-i axşam, yanvarın 1-nə keçən gecə və yanvarın 1-də gün ərzində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun dekabrın 31-də gecə 0-2 dərəcə şaxta, gündüz 1-5 dərəcə isti, yanvarın 1-də gecə 0-3 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, Mərkəzi Aran rayonlarında gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti, dağlıq rayonlarda isə gecə 8-13, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2058

Oxşar yazılar