Zabit və gizirlərə verilən pul kompensasiyasının məbləği 2 dəfə artırılır
15 dekabr 2012 17:26 (UTC +04:00)

Zabit və gizirlərə verilən pul kompensasiyasının məbləği 2 dəfə artırılır

0

Azərbaycan Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan digər hərbi birləşmələrdə xidmət edən zabit və gizirlərə ərzaq əvəzinə verilən pul kompensasiyasının məbləği artırılacaq.

 

Bu barədə APA-ya Azərbaycan Nazirlər Kabinetindən məlumat verilib.

 

Azərbaycan hökumətinə təqdim olunmuş sənəddə pul kompensasiyasının məbləği 128 manat təklif edilib. Bu da mövcud məbləğdən 2 dəfə çoxdur.

 

Qeyd edək ki, hazırda zabit və gizirlər üçün ərzaq əvəzinə müəyyənləşdirilmiş pul kompensasiyasının məbləği 64 manatdır.

 

Müvafiq artımın 2013-cü ilin yanvarından tətbiqi planlaşdırılır.

 

Bundan başqa, 2013-cü ildə zabit və gizirlərin sosial təminatına yönəlmiş bir sıra qərarların qəbulu da nəzərdə tutulur.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3772

Oxşar yazılar